Finlandiya DİN-in rəhbəri: Rusiyadan gələn miqrantlar geri göndəriləcək
Finlandiya hökumətinin təqdim etdiyi “Ekstradisiya haqqında” yeni Qanuna görə, RF sərhədindən keçərək bu ölkəyə gələn miqrantlar hətta Rusiyanın onları qəbul etmək istəmədiyi halda belə geri göndəriləcək.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu qanun qüvvəyə minəndən sonra istənilən halda Rusiya Federasiyası ilə sərhəddən Finlandiyaya gələn insanlar qarşı tərəfə qaytarılacaq. Sərhəd xidmətinin operativ vəzifəsi bunu təmin etməkdir”, - deyə Rantanen “Yle TV”yə müsahibəsində bildirib.
Bununla belə, Rantanen bu prosesin praktikada necə həyata keçiriləcəyini dəqiq açıqlamayıb.
Mayın 21-də Finlandiyanın Nazirlər Kabineti tərəfindən parlamentin müzakirəsinə çıxarılan “Ekstradisiya haqqında” Qanun layihəsi əvvəlcə qanunvericilik məclisinin konstitusiya komitəsində təsdiq edilməlidir. Bu, instrumental miqrasiya adlanan (qaçqınlardan müəyyən məqsədlərə nail olmaq üçün istifadə edildiyi iddia edilən zaman) mübarizə üzrə müvəqqəti tədbirlərin bir hissəsidir. Qanun layihəsinə əsasən, hökumətin ümumi iclası ölkənin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Finlandiya sərhədinin onun bilavasitə yaxınlığındakı müəyyən hissəsində beynəlxalq mühafizə üçün müraciətlərin qəbulunu məhdudlaşdıra biləcək.
Qanunun qəbulu üçün deputatların altıda beşinin səsi tələb olunur ki, bu da müxalifət partiyalarının təsdiqini nəzərdə tutur. Mayın 19-da Finlandiya hökumətinin başçısı Petteri Orpo “Yle Radio Suomi”yə verdiyi müsahibədə qanun layihəsinin Rusiya ilə sərhədin tədricən açılmasına imkan verəcəyini deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...