Filippindəki Taal vulkanında püskürmələr davam edir
Filippinin paytaxtı Manilanın cənubunda yerləşən və dünən aktivləşən Taal vulkanında püskürmələrin davam etdiyi bildirilib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanda qrunt sularının püskürmələrinin davam etdiyini açıqlayıb.
Açıqlamaya görə, dünən yerli vaxtla saat 01.10-dan 16.37-dək müddətləri 2-6 dəqiqə arasında dəyişən 5 freatik partlayış baş verib. Saat 16.21-16.32 arasında əsas kraterdə 11 dəqiqəlik freatomaqmatik püskürmə baş verib.
Bu partlayışlardan sonra qara buxar sütunu şimal-şərqə doğru və 2400 metr yüksəkliyə qalxıb. Açıqlamada həyəcan səviyyəsinin ən aşağı səviyyədə qaldığı və Taal vulkanının fəaliyyətlərinin yaxından izləndiyi bildirilib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun prezidenti Teresito Bakolkol yerli mətbuata verdiyi açıqlamada aprel ayından bu yana vulkanda 40-dan çox oxşar püskürmənin olduğunu bildirib.
"Biz oxşar partlayışların vaxtaşırı baş verəcəyini gözləyə bilərik, lakin xəbərdarlıq statusu hələ də "Səviyyə 1"də qalacaq" - deyə Bakolkol bildirib.
O, bölgəyə yaxın yaşayanlara freatik püskürmənin təhlükəli ola biləcəyi xəbərdarlığını edib.
Qeyd edək ki, 1911-ci ilin yanvarında 311 metrlik vulkanın püskürməsi nəticəsində 1300-dən çox insanın öldüyü və küllərinin Manilaya çatdığı məlumdur.Vulkanın 2020-ci ilin yanvarından 2022-ci ilin martına qədər 4 dəfə püskürməsi nəticəsində bölgədə 40-a yaxın insanın öldüyü qeyd edilib.Paytaxt Manilanın təxminən 70 kilometrliyində yerləşən Taal dünyanın ən kiçik vulkanlarından biri kimi təsvir edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...