Filippindəki Kanlaon vulkanı püskürüb
Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanı 6 dəqiqə ərzində püskürüb və partlayışın təsiri nəticəsində 5 min metr hündürlükdə tüstü əmələ gəlib. Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan xəbər verilib. Açıqlamada vulkanın 6 dəqiqə ərzində püskürdüyü və 5 min metr hündürlüyə çatan tüstü yaratdığı qeyd edilib.Bildirilib ki, Kanlaon vulkanı üçün xəbərdarlıq səviyyəsi 1-dən 2-yə qaldırılıb və gələcəkdə vulkanda daha çox püskürmələrin ola biləcəyinə diqqət çəkilib.
Neqros Şərq əyalətinin Canlaon şəhərinin meri Xose Çubasko Kardenas verdiyi açıqlamada partlayışdan zərər çəkmiş 4 bölgədə yaşayan insanların təxliyə ediləcəyini bildirib.O, vulkan püskürməsindən sonra insanların təhlükəsizliyini təmin etmək üçün bütün imkanları səfərbər etdiklərini və bu çərçivədə qonşu rayon və şəhərlərdən də kömək istədiklərini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...