Filippində torpaq sürüşməsi olub
Filippinin cənubundakı Davao de Oro bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə,aralarında uşaqların da olduğu 7 nəfər ölüb, 2 nəfər isə yaralanıb, itkin düşənlər var. Bu barədə Mülki Müdafiə İdarəsinin regional direktoru Ednar Dayanqhiranq xəbər verib.
O, günlərlə davam edən leysan yağışları səbəbiylə torpaq sürüşmələri ilə yanaşı bir çox kəndin də su altında qaldığını, 7 min 600-dən çox adadan ibarət arxipelaq olan və ildə 20-yə yaxın tropik fırtınanın vurduğu Filippində torpaq sürüşmələri və daşqınların tez-tez baş verdiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...