Filippində torpaq sürüşməsi baş verib
Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Reuters” yerli məmur Edvard Makapiliyə istinadən məlumat verib.
Onun sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.
Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.
Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...