Filippində Super qasırğa xəbərdarlığı: 650 min insan təxliyə edilib
BBC-nin məlumatına görə, Filippin Meteorologiya Bürosu “Man-Yi” qasırğasının yerli vaxtla saat 21.40-da Katanduanes adasının şərqində quruya çıxdığını bildirib.
Qeyd edilir ki, qasırğa ölkənin şimalına həddindən artıq yağış gətirəcəyinə görə, daşqın və torpaq sürüşmələri ehtimalı yüksəkdir.
Sürətinin saatda 270 kilometrə çatacağı gözlənilən qasırğa səbəbindən bölgədə 650 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.
Qasırğa hava nəqliyyatına da mənfi təsir göstərib. Rəsmilər bir çox reyslərin ləğv edildiyini bildiriblər.
“Man-Yi” ölkədə son bir ayda müşahidə edilən 6-cı qasırğa olsa da, əvvəlki tayfunlar nəticəsində ən azı 160 adam həyatını itirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...