22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Filippində qasırğa 20-dən çox insanın həyatına son qoyub

25-07-2024
IMG

Filippində "Qaemi" qasırğasının yaratdığı daşqınlar nəticəsində 20-dən çox adam ölüb, ən azı 15 nəfər yaralanıb.

Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

Filippin Milli Polisinin məlumatına görə, 5 nəfər itkin düşüb. Paytaxt bölgəsində, eləcə də ölkənin şimalındakı dörd əyalətdə fövqəladə vəziyyət elan edilib.

Aviasiya orqanları güclü leysan yağış və güclü külək səbəbindən 150-yə yaxın daxili və beynəlxalq reysin ləğv edildiyini bildirib.

Paylaş: