Filippində qasırğa 110 nəfərin həyatına son qoyub
Filippinin şimalındakı Luzon adasında baş verən “Trami” tropik qasırğası nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb. Bundan əvvəl 81 nəfərin öldüyü bildirilirdi.
Fhnews.az xəbər verir ki, bu barədə Filippin Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Qasırğa nəticəsində azı 42 nəfər itkin düşüb.
Luzon adasında məktəblər və dövlət idarələri fəaliyyətini dayandırıb. Daimi uçuşların ləğvi də daxil olmaqla, nəqliyyat infrastrukturu işləmir. Təxminən on minlərlə insan limanlarda qalır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...