22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Filippində daşqınlar və torpaq sürüşmələri nəticəsində on nəfər ölüb

02-09-2024
IMG

Filippində qasırğanın səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı on nəfər ölüb.

Fhnews.az “Barrons” saytına istinadla xəbər verir ki, ölkədə “Enteng” adlanan tropik qasırğa bu il Filippini vuran beşinci tayfundur.

Ölkənin hava bürosu yağıntının davam edəcəyini bildirib.

Qeyd edək ki, Filippini hər il orta hesabla 20 tayfun vurur. Arxipelaq güclü yağışlar, daşqınlar və küləklərə səbəb olan tropik siklonlara meyillidir. 2013-cü ildə “Haiyan” qasırğası 6300 nəfərin ölümü ilə nəticələnib və təqribən 12,9 milyard dollar dəyərində ziyana səbəb olub.

Paylaş: