22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Filippində baş verən tropik qasırğada ölənlərin sayı artıb

24-10-2024
IMG

Filippinin şimal-şərqində "Trami" tropik qasırğasının səbəb olduğu yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 24 nəfər həyatını itirib. Ölən və yaralananların sayının artacağı ehtimal edilir.

Yerli mətbuatda yayılan xəbərlərə görə, fırtına nəticəsində yağan yağış, daşqın və torpaq sürüşməsi ölkənin şimal-şərqində müxtəlif ştatlarda həyata mənfi təsir edib.

Daşqın səbəbindən çox sayda avtomobil yollarda sürüklənib, vətəndaşlar evlərin damında qalıb.

Luzon adasında məktəblər və hökumət binaları 2 gün bağlı qalacaq.

Hökumət 2 milyondan çox insanın fırtınadan təsirləndiyini, o cümlədən 75.400 kəndlinin evlərini tərk edərək təhlükəsiz yerlərə sığındığını açıqlayıb.

Paylaş: