Filippində avtobusun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb
Filippinin mərkəzində yerləşən Neqros-Oksidental əyalətində avtobusun iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 34 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, içərisində 36 nəfərin olduğu dövlət avtobusunun sürücüsü enişdə ikən idarəetməni itirib və nəticədə avtomobil yolun hərəkət hissəsindən çıxıb və aşıb.
Qəza nəticəsində bir qadın ölüb, daha 34 nəfər yaralanıb, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...