22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN yanında İctimai şuranın növbəti iclası keçirilib

17-01-2024

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib.

İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini İradə Kərimova iştirak edib.

İclasda şura tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilib, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdə şura üzvlərinin yaxından iştirakının əhəmiyyəti qeyd olunub.

İclasda İctimai şura üzvlərinin təklifləri səsləndirilib, şuranın yaxın dövr üçün fəaliyyət planı nəzərdən keçirilib.

Paylaş: