FHN tərəfindən meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlər” mövzusunda Qəbələ rayonunun Solquca, Uludaş və Kötüklü kəndlərini əhatə etməklə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti yerli qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Yekunda tədbir iştirakçılarına mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb və suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...