FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz və Quba rayonları, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayonunun sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...