22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN: Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib (video)

08-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Bakı şəhəri, Binəqədi rayonunun Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində və Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində, həmçinin Naxçıvan şəhər 20-ci məhəllə ərazisində bir sıra fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar ərazilərə FHN-in müvafiq olaraq Dövlət Yanğından Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Paylaş: