22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN Salyan şəhərində seminar-müşavirə keçirib

17-08-2024
IMG
 

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Muğan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Salyan şəhərində “Fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsində birgə fəaliyyətin səmərəli təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Salyan Rayon İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Seminarda çıxış edən FHN-nin Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkil idarəsinin rəis müavini Namiq Bağırzadə, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəşad Cəbrayılov və digər natiqlər fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsinin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.

Tədbirdə Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, qarşılıqlı fəaliyyət planlarının icra vəziyyəti təhlil edilib

İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Paylaş: