22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN: Paytaxtın Xətai rayonunda 450 kvadratmetr sahədə qamışlıq ərazi yanıb

12-01-2024

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 450 kvadratmetr sahədə qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Paylaş: