FHN-nin əməkdaşları ilə Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyinin nümayəndələri arasında görüş baş tutub
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant hesabına həyata keçirilən “İctimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi” layihəsi çərçivəsində Nazirliyin əməkdaşları ilə görüş keçirilib. Görüşdə Nazirliyin ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşları və STM İctimai Birliyinin mütəxəssisləri iştirak ediblər.
Layihə çərçivəsində 12 mərkəzi icra hakimiyyəti orqanının ictimaiyyətlə əlaqələr fəaliyyətinin monitorinqinin həyata keçirildiyini diqqətə çatdıran STM-in prezidenti Vəli Əlibəyov Nazirliyin ictimaiyyətlə əlaqələr fəaliyyətini yüksək qiymətləndirərək bu işin daha da səmərələşdirilməsi üçün təkliflərini çatdırıb.
Görüş zamanı Nazirliyin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətinin monitorinqinin nəticələri açıqlanaraq, rəsmi internet səhifəsi və sosial şəbəkə profilləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İnteraktiv şəkildə keçən görüşdə mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...