FHN Mükli müdafiə işinin təşkili Baş idarəsi tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin Mükli müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd rəhbər, komandir-rəis və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin şəxsi heyətinin fövqəladə hadisələr zamanı funksional vəzifələrinin dəqiqləşdirilməsi və işçilərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq səviyyəsinin yüksədilməsi olub.
Tədbir zamanı mülki müdafiə sahəsində qüvvədə olan normativ-hüquqi baza, fövqəladə halların qarşısının alınması və belə hallarda rəhbər və komandir-rəis heyətinin, həmçinin mülki müdafiə qərargahlarının fəaliyyəti, fövqəladə hadisələrdən müdafiə sahəsində işçilərin hazırlanması, eləcə də idarəetmə, rabitə və xəbərdarlıq, mühəndis-texniki tədbirlərin təşkili, mülki müdafiənin maddi-texniki bazasının, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ehtiyatının yaradılması və hazır vəziyyətdə saxlanılması ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib, həmçinin FHN tərəfindən keçirilmiş təlimlərin gedişini əks etdirən videoçarx nümayiş etdirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...