FHN Mükli müdafiə işinin təşkili Baş idarəsi dəyirmi masa keçirib
Fövqəladə Hallar Nazirliyinin Mükli müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibati binasında “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir zamanı mülki müdafiə sahəsində qüvvədə olan normativ-hüquqi baza, fövqəladə halların qarşısının alınması və belə hallarda rəhbər və komandir-rəis heyətinin, həmçinin mülki müdafiə qərargahlarının fəaliyyəti, fövqəladə hadisələrdən
müdafiə sahəsində işçilərin hazırlanması, eləcə də idarəetmə, rabitə və xəbərdarlıq, mühəndis-texniki tədbirlərin təşkili, mülki müdafiənin maddi-texniki bazasının, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ehtiyatının yaradılması və hazır vəziyyətdə saxlanılması ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...