FHN-in Sumqayıt Regional Mərkəzində şəhid və qazi övladları üçün “açıq qapı” günü keçirilib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Sumqayıt” futbol klubunun təşkil etdiyi “Yay futbol düşərgəsi” layihəsi çərçivəsində şəhid və qazi övladları üçün “açıq qapı” günü keçirilib.
Tədbir zamanı şəhid və qazi övladları Sumqayıt Regional Mərkəzinin texnika və avadanlıqları ilə tanış olub, həmçinin Mərkəzin xilasediciləri tərəfindən təşkil olunan kombinə edilmiş yanğın estafet oyununda iştirak ediblər.
“Açıq qapı” günündə Sumqayıt RM və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin əməkdaşları iştirak ediblər.
Maraqla keçən tədbirin sonunda Mərkəz tərəfindən uşaqlara xatirə hədiyyələri təqdim olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...