FHN-in Şimal Regional Mərkəzi dəm qazı təhlükəsi ilə əlaqədar silsilə maarifləndirmə tədbirləri keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yerləşən idarə, müəssisə və təşkilatlarda “Dəm qazı ölüm təhlükəsi yaradır” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.
FHN-in aidiyyəti yerli qurumlarının, müvafiq rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə mütəxəssislər tərəfindən dəm qazı təhlükəsindən qorunmağın yolları izah olunub, yanğın təhlükəsizliyi və məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, o cümlədən nasaz və standartlara uyğun olmayan qaz cihazlarından istifadənin təhlükəsi barədə maarifləndirici söhbətlər aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...