FHN-in regional mərkəzlərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə qeyd edilib ki, tarix boyu azərbaycanlılar dəfələrlə erməni şovinistləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləməyə, soyqırımı və deportasiyalara məruz qalıblar. Həmçinin, anım mərasimlərində 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğınların dünya tarixinin ən qanlı və faciəli səhifələrindən biri olduğu vurğulanıb. Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran və ölkəmizin digər bölgələrində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş qanlı və dəhşətli soyqırımı aktları barədə məlumat verilərək bildirilib ki, bu ərazilərdə günahsız mülki şəxslərə divan tutulub, yaşayış məntəqələri yandırılıb, milli mədəniyyət abidələrinə qarşı vandalizm aktları törədilib. Həmin tarixlərdə ermənilərdən ibarət quldur dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib.
Diqqətə çatdırılıb ki, bəşər tarixinin ən qatı və dəhşətli cinayətlərindən olan bu soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xüsusi diqqətində olub. Məhz Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmana əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi anılır.
Tədbirlərdə, həmçinin erməni terror qruplaşmalarının və vandallarının azərbaycanlılara qarşı törədilmiş qətliamla bağlı həqiqətlərin təbliği, gələcək nəsillərə ötürülməsi, soyqırımı qurbanlarının xatirələrinin əbədiləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tarixi addımların atıldığı qeyd edilib. Eyni zamanda, tədbirlərdə soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, faciə qurbanlarının xatirəsinin daim ehtiramla anılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlərin əhəmiyyətindən də bəhs edilib.
Tədbirlərin sonunda erməni-daşnak silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımılarına dair filmlər nümayiş etdirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...