22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi növbəti maarifləndirmə tədbiri keçirib

29-03-2024

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Bu çərçivədə növbəti tədbir Nazirliyin Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən tibb müəssisələrinin radioloji fəaliyyətlə məşğul olan əməkdaşları üçün Mərkəzin inzibati binasında təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin rəis müavini Xəzər Əmiraslanov Agentliyin fəaliyyət istiqamətləri və gördüyü işlər, qarşısında duran vəzifələr barədə ümumi məlumat verib.

Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyət sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi üzrə mövcud qanunvericilik tələblərinin icmalı, tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi, nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, bu sahədə hüquq pozuntuları və hüquqi məsuliyyət məsələləri müzakirə olunub.

Tədbir zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təlim kurslarında iştirak etmiş ekspertlər – Agentliyin Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Hüquq şöbəsinin müdiri Aysel Həsənova aidiyyəti mövzularda təqdimatla çıxış ediblər.

Təbdir zamanı Agentlik tərəfindən hazırlanmış müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Paylaş: