FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında voleybol üzrə birincilik keçirilib
7-9 oktyabr 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında voleybol üzrə birincilik keçirilib.
Azərbaycan Respubliksının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra yarışlara start verilib. Mülki müdafiə qoşunları komandanlığının Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən yarışda komanda hesabında birinci yeri Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissə, ikinci yeri Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissə, üçüncü yeri isə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komandası tutub.
Sonda qalib gələn komandalar diplom, kubok və medallar ilə təltif olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...