FHN-in Mülki müdafiə qoşunlarının əməkdaşları təlim kursu keçirib
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının əməkdaşları tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət idarəsinin əməkdaşları üçün “Radiasiya ölçü cihazlarının istismarı və mülki müdafiə” mövzusunda təlim kursu keçirilib.
Kursun keçirilməsində məqsəd işçilərin radiasiya və kimya sahəsindəki bilik və bacarıqlarının artırılması olub.
Kursda səhmdar cəmiyyətin əməkdaşlarına radiasiya ölçü cihazlarının istismarı, mülki müdafiənin əsas prinsipləri və tədbirləri haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...