FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı qeyd edilib
FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı münasibəti ilə silsilə bayram tədbirləri keçirilib. Tədbirlərdə nümunəvi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək onlara xoş bayram arzularını çatdırıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altındakı torpaqlarımızın düşmən tapdağından azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də xalqımızın milli qürurunun təntənəsidir.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarının alovlanması qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqidir. Xalqımız bu Novruzu tamamilə fərqli şəkildə qeyd edir. İşğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzi və tarixi əhəmiyyəti vardır.
Tədbirlər konsert proqramı ilə davam etdirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...