FHN-in Mülki müdafiə qoşunlarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) şəxsi heyəti 27 sentyabr – Anım Gününü qeyd edib.
Əvvəlcə, qoşunların şəxsi heyəti Bakıda İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Mülki müdafiə qoşunlarının komandanlığında keçirilən tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Vətən müharibəsi iştirakçıları – baş leytenantlar Hüseyn Kərimli və Ədalət Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarix muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov iştirak edib.
Tədbirdən əvvəl MMQ-nin inzibati binasının həyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatdı, Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Torpaqlarımızın azad olunmasında əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları Hüseyn Kərimli və Ədalət Məmmədov keçdikləri döyüş yolundan söz açıb, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin yüksək səviyyədə saxlanılmasının Qələbəmizin əldə olunmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda Anım günü ilə bağlı “Davam edən missiya” adlı film nümayiş olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...