22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirib

09-09-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən İmişli Rayon İcra Hakimiyyətində əhalinin və ərazilərin təhlükəli hadisələrdən qorunması məqsədilə Regional Mərkəzlə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili məsələlərinə həsr olunmuş seminar-müşavirə keçirilib.

Seminarda-müşavirədə FHN Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları, İcra Hakimiyyətinin məsul işçiləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz təbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə müzakirə olunan mövzunun əhəmiyyətindən danışılıb, FHN-in Muğan Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb.

Seminar-müşavirənin gedişində Mərkəzin əməkdaşları tərəfindən rayonda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib.

Sonda mövzuya dair tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.

Paylaş: