FHN-in Muğan Regional Mərkəzi rəhbər heyət üçün nümunəvi mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Saatlı rayon Dövlər Aqrar İnkişaf Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini keçirilib.
Məşqdə Muğan Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, Saatlı rayon Fövqəladə hallar üzrə Komissiyası və rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib.
Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...