22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

06-04-2024

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbrdə FHN-in Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin əhəmiyyəti, tikintidə, dağ-mədən və sənaye işlərində təhlükəsizlik qaydaları, su hövzələrində baş verə biləcək sudaboğulma hadisələrinin qarşısının alınması və sularda insanların təhlükəsizliyinin təmin edilməsi, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə geniş məlumat veriblər.

Tədbirdə “dəyirmi masa”nın əhəmiyyətindən danışılıb, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, bu istiqamətdə icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edilib.

“Dəyirmi masa”da Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, suallar cavablandırılıb.

Tədbirdə, həmçinin maarifləndirici videoçarx və fotoslaydlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Paylaş: