22 noyabr 2024, cümə Bakı, 13°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr keçirilib

22-12-2023

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin təşəbbüsü ilə Gəncə şəhər, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Ağstafa, Tovuz və Şəmkir Rayon İcra hakimiyyətlərində “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Tədbirlərdə FHN-in Gəncə Regional Mərkəzi, sözügedən icra hakimiyyətləri, təhsil sektorları, eyni zamanda yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Müşavirələrdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Tədbirlərdə Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında ətraflı məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq şəhər və rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.

Etiketlər:
Paylaş: