22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqləri keçirib

25-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Şəmkir Suvarma Sistemləri İdarəsində, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunda, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində və Tovuz Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqləri keçirib.

Məşqlərin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Məşqlərdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.

Uğurla keçən məşqlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

 
Paylaş: