22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib (foto)

28-02-2024

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid videoçarxlar nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Paylaş: