FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Samux Elektrik Şəbəkəsində, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin Gəncə filialında, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində və Ağstafa Elektrik Şəbəkəsində hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış siqnalı üzrə mülki müdafiə məşqləri keçirilib.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə idarə və müəssisələrin məsul şəxsləri, mülki müdafiə qərargah rəisləri və hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin şəxsi heyəti cəlb olunub.
Məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, yanğınsöndürmə bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...