22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti silsilə “açıq qapı günü” tədbirləri keçirib

20-06-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Səbail, Nərimanov və Ağcabədi rayon Yanğından Mühafizə hissələrində silsilə “açıq qapı günü” tədbirləri keçirib.

Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirlərdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən 87 nömrəli tam orta məktəbin və Kaspi Beynəlxalq Məktəbinin şagirdləri, “Kiçik Mələklər” körpələr evi-uşaq bağçasının azyaşlıları və Ağcabədi rayonunda yerləşən 11 nömrəli tam orta məktəbin şagirdləri, müəllim, tərbiyəçi və valideynlər iştirak ediblər.

Tədbir iştirakçılarına yanğınsöndürənlərin günlük rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Sonda uşaqları maraqlandıran suallar cavablandırılıb.

Paylaş: