22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü tədbirləri keçirib

17-10-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail, Nərimanov, Xətai, Qobustan, Saatlı, Biləsuvar və Tovuz rayon Yanğından Mühafizə hissələrində “açıq qapı“ günü tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirlərdə qeyd olunan şəhər və rayonların ərazisində fəaliyyət göstərən orta məktəb şagirdləri, uşaq bağçalarının azyaşlıları, həmçinin müəllim və tərbiyəçilər iştirak ediblər.

Tədbirlərin iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Maraqla keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Paylaş: