FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin və şəhər ərazisində fəaliyyət göstərən Laçın rayon 5 nömrəli məcburi köçkün məktəbinin müəllim və şagirdləri, həmçinin Sumqayıt şəhər Mərkəzi Uşaq kitabxanasının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, qonaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...