22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib

05-03-2024

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Bu çərçivədə, Xidmət tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Binəqədi rayonunda yerləşən tikinti materialları satışı yarmarkasında, Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində, Qazax rayonu, Ağköynək kəndində yerləşən “Saloğlu” fərdi firmasında, Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, Lənkəran rayonunda yerləşən “Lankaran Springs Wellness Resort” otelində, Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsində, Bərdə rayon Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbində, Zərdab Rayon İcra Hakimiyyətində, Ucar şəhərində yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sistemində, Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində tikinti işləri aparan “BCC Group” MMC-də yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, faydalı tövsiyələr verilib, suallar cavablandırılıb.

Paylaş: