22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti sosial xidmət müəssisəsində maarifləndirmə tədbiri keçirib

02-10-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə fövqəladə hadisələr barədə slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına yanğına qarşı təbliğat xarakterli kitabça, plakat və yaddaş vərəqələri paylanılıb.

Paylaş: