FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Xidmətin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Lənkəran rayonunda seminar-müşavirə keçirilib.
Tədbirdə Xidmətin nümayəndələri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin və “Aqroservis” ASC-nin, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, yerli sahibkar və fermerlər iştirak ediblər.
Seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonun ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.
Tədbirdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Seminar-müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb və tədbir iştirakçılarına dənli və texniki bitkilərin yığılması dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Xidmət tərəfindən hazırlanan plakat və kitabçalar paylanılıb.
Seminar-müşavirədən sonra “Aqroservis” ASC-nin Masallı-Yardımlı bölməsində taxıl yığımına cəlb olmuş texnikalara və həmin texnikaların təchiz olunduğu ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, yanğın təhlükəsizliyinə məsul şəxslərlə maarifləndirici söhbətlər aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...