22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti müşavirələr keçirib

14-08-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti müşavirələr keçirib.

Müşavirələr Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 4-cü ərazi Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının ərazilərində yerləşən mühüm əhəmiyyətli, təhlükə potensiallı obyektlərdə, həmçinin yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, eyni zamanda qarşıda duran vəzifələr və onların həlli yollarının müzakirəsi məqsədilə təşkil olunub.

Tədbirlərdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları, Bakı şəhəri, Səbail, Yasamal, Nəsimi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı Rayon İcra hakimiyyətlərinin nümayəndələri, “Azərişiq” ASC və “Azəriqaz” İB-nin məsul əməkdaşları, rayon polis şöbələrinin nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbər şəxsləri, bələdiyyə sədrləri və iri sahibkarlar iştirak ediblər.

Müşavirələrdə məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzlarının və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı müəssisələrin, yaşayış binalarının, eləcə də insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub, nöqsan və pozuntular diqqətə çatdırılıb və problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

Müşavirələrdə COP29 ərəfəsində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinə dair planlar müzakirə edilib.

Paylaş: