FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən “RD Smart” QSC-yə məxsus anbarda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyekt yanğın su hovuzu, avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi, ilkin yanğınsöndürmə vasitələri və daxili yanğın su kranları ilə təmin edilməyib;
- obyektin elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;
- anbar otağında taxta konstruksiyalardan ibarət olan rəflər odadavamlı məhlulla hopdurulmayıb;
- daxili əmrlə könüllü yanğınsöndürən dəstəsi təyin edilməyib və obyektin əməkdaşları yanğın təhlükəsizliyinə dair təlimatlandırılmayıb;
- obyektin fəaliyyəti, habelə təxliyə planı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən “RD Smart” QSC-yə məxsus malların saxlanılması üçün nəzərdə tutulmuş anbarın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...