FHN-in Cənub Regional Mərkəzi rəhbər heyət üçün mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC Cənub Regional Filialının Lerik Şöbəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyət üçün mülki müdafiə məşqi keçirilib.
Məşqə müəssisənin rəhbər heyəti, mülki müdafiə qərargahı və mülki müdafiə dəstələrinin komandir-rəis heyəti cəlb edilib.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı mülki müdafiə dəstələrinin hazır vəziyyətə gətirilməsi, irihəcmli fövqəladə hadisələr zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi üzrə müvafiq vəzifəli şəxslərin bilik və bacarıqlarının artırılması olub.
Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, çatışmazlıqlar müzakirə olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...