FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Nazirliyin müvafiq qurumlarının məsul şəxsləri, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Çıxış edən natiqlər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin gücləndirilməsi, tikintidə, dağ-mədən və sənaye işlərində təhlükəsizlik qaydaları, su hövzələrində baş verə biləcək sudaboğulma hadisələrinin qarşısının alınması və sularda insanların təhlükəsizliyinin təmin edilməsi, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət olunması barədə geniş məlumat veriblər.
Tədbir zamanı maarifləndirici videoçarxlar və fotoslaydlar nümayiş olunub və suallar ətraflı cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...