22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

05-03-2024

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünüidarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda toplantı keçirilib.

Tədbirdə FHN-in yerli qurumları, Cəlilabad Rayon İcra Hakimiyyəti və özünüidarəetmə orqanlarının məsul şəxsləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin əhəmiyyəti, tikintidə, dağ-mədən və sənaye işlərində təhlükəsizlik qaydaları, su hövzələrində baş verə biləcək suda boğulma hadisələrinin qarşısının alınması və sularda insanların təhlükəsizliyinin təmin edilməsi, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə geniş məlumat veriblər.

Maarifləndirici videoçarx və fotoslaydlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Paylaş: