FHN-in Cənub Regional Mərkəzi Lənkəran Dövlət Universitetində təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd iştirakçıların fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimdə FHN-in cənub regionunda fəaliyyət göstərən müvafiq qurumlarının əməkdaşları və universitetin müəllim və tələbə heyəti iştirak edib.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, mülki müdafiə tədbirləri və fərdi mühafizə vasitələri barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş olunub.
Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra təlim iştirakçılarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, "yanğınla" mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, təlim iştirakçılarına zərərçəkmişin xilas edilməsi və ilkin yardım nümayiş olunub.
Sonda xilasetmə alət və avadanlıqları barədə təlim iştirakçılarına məlumat verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...