FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi axtarış-xilasetmə sahəsində peşəkarlığı əks etdirən beynəlxalq sertifikata layiq görülüb (video, foto)
23-26 sentyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq sinifləndirilməsi prosesi həyata keçirilib. Proses Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbər şəxslərinin, BMT-in Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın rəhbərlik etdiyi nümayəndə heyəti, 11 ölkədən qiymətləndiricilər və 7 ölkədən olan müşahidəçilər tərəfindən izlənilib.
Qiymətləndirmə prosesi çərçivəsində, əvvəlcə Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda iştirakla bağlı imkanları barədə təqdimatlar olunub, ekspertlərin sualları cavablandırılıb.
Sonra FHN BAXD-ın FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun beynəlxalq sinifləndirilməsi məqsədilə 36 saat ərzində fasiləsiz taktiki-xüsusi təlimə start verilib. Paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində reallaşdırılan təlimdə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin canlı qüvvə və texnikası iştirak edib. Taktiki-xüsusi təlim Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən beynəlxalq qiymətləndiricilər və müşahidəçilər tərəfindən canlı izlənilib.
Taktiki-xüsusi təlim zamanı mobillik, planlama, loqistika, fəlakət bölgəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, hündürlükdə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə, zərərçəkmiş ölkəyə əməliyyatların koordinasiyası üzrə dəstəyin göstərilməsi prosedurları həyata keçirilib. Təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması işləri həyata keçirilib. Təlim zamanı əməliyyatların müasir beynəlxalq idarəetmə və koordinasiya sistemləri üzərindən idarə olunması diqqət mərkəzində saxlanılıb.
Taktiki-xüsusi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
36 saat fasiləsiz davam edən taktiki-xüsusi təlim bitdikdən sonra qiymətləndiricilərin toplantısı keçirilib. Toplantının nəticələrinə əsasən, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG beynəlxalq sinifləndirilməsindən uğurla keçməsi barədə yekdil qərar qəbul olunub. Beləliklə, FHN-in Dəstəsi beynəlxalq arenada “MUSAR AZE-01” adı ilə təmsil olunacaq.
Bu nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan FHN-in daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq.
Sentyabrın 26-da Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinə INSARAG beynəlxalq sinifləndirilməsindən keçməsinə dair sertifikat, koordinasiya qruplarının bayraq və şevronları təqdim olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...