FHN-in Baş əməliyyat idarəsi “Humanitar əməliyyatlar” mövzusunda seminar keçirib
Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi tərəfindən “Humanitar əməliyyatlar” mövzusunda seminar keçirilib.
Nazirliyin Cənub Regional Mərkəzində təşkil olunmuş tədbirdə Mərkəzlə yanaşı, Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının məsul əməkdaşları iştirak ediblər.
İnteraktiv formada keçirilmiş seminarda Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin risklərin idarə olunması, xilasetmə işinin təşkili və aparılması ilə bağlı BMT tərəfindən təsdiq edilmiş qaydalar barədə, eyni zamanda humanitar yardımların idarə olunması haqqında ətraflı məlumat verilib.
Tədbirdə mövzuya dair videoçarx nümayiş olunub, müzakirələr aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...