FHN-in Aran Regional Mərkəzində birgə qərargah məşqi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Nazirliyin Aran Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri ilə birgə qərargah məşqi keçirilib.
Tədbir “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyi qurumlarının struktur bölmələrinin qərargahlarının vəziyyətinin qiymətləndirilməsi, təhlilin aparılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması, qüvvə və vasitələrin idarə edilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyət və əməliyyat tədbirlərinin reallığının yoxlanılması, vəziyyətin qiymətləndirilməsi, təhlilin aparılması, qərarların qəbulunda, qüvvə və vasitələrin idarə edilməsində qarşılıqlı fəaliyyətin təşkili üçün vərdişlərin və fövqəladə hallar zamanı Nazirliyin qurumlarının birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsindən ibarət olub.
Tədbir 8 şərti məlumat üzrə iki mərhələdə keçirilib. Birinci mərhələ fövqəladə hallar zamanı xəbərdarlıq, axtarış və qəza-xilasetmə işlərinin təşkili məşq edilib. İkinci mərhələdə isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, cəlb ediləcək qüvvə və vasitələrin hesabatının dəqiqləşdirilməsi, idarəetmənin və zərərçəkənlərin ilkin həyat təminatının təşkili diqqət mərkəzində olub.
Məşqin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib, suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...